Sparround

Haqqında

Sparround — texniki interviewlara mərhələ-mərhələ hazırlaşmaq üçün pulsuz, açıq alətdir. Hazırda 8 istiqamət və 178 mövzu var: hər mövzuda izah, kod nümunələri, test və model cavablı interview sualları.

🤖 Content AI ilə generasiya olunub

Saytdakı bütün öyrənmə materialları, testlər və interview sualları süni intellekt ilə generasiya olunub və redaktədən keçirilib. Bu, contenti sürətlə genişləndirməyə imkan verir — amma dürüst olmaq lazımdır: AI səhv edə bilir.

Ona görə də: kritik detalları rəsmi sənədlərlə yoxla, kod nümunələrini özün işlət, və səhv gördükdə mənə yaz — düzəldərəm. Xüsusilə versiyaya bağlı məlumatlar (API adları, alət davranışı) zamanla köhnələ bilər.

🔒 Dataların səndə qalır

Sparround-un serveri yoxdur və qeydiyyat tələb etmir. İrəliləyişin, test nəticələrin və qeydlərin yalnız bu brauzerin yaddaşında (localStorage) saxlanılır — heç yerə göndərilmir.

Bunun bir nəticəsi var: brauzerin datasını təmizləsən və ya başqa cihaza keçsən, irəliləyişin özü ilə gəlmir. Tənzimləmələr bölməsindən export/import ilə backup götürə bilərsən.

✉️ Dəstək və əməkdaşlıq

Sual, təklif, səhv bildirişi və ya birgə işləmək istəyi — hamısı üçün yaz:

[email protected]

  • Contentdə səhv və ya köhnəlmiş məlumat gördün
  • Yeni mövzu və ya istiqamət təklifin var
  • Content yazmaqda kömək etmək istəyirsən

🏷️ Logolar haqqında

İstiqamətlərin yanındakı texnologiya logoları müvafiq sahiblərinin ticarət nişanlarıdır və burada yalnız hansı texnologiyadan söhbət getdiyini göstərmək üçün istifadə olunur — Sparround həmin layihələrlə əlaqəli deyil. SVG-lərin bir hissəsi Simple Icons (CC0) toplusundan, qalanı ayrıca əlavə edilmiş logo fayllarındandır.

🌱 Yeni branch təklif et

Hazırlaşdığın istiqamət siyahıda yoxdursa, sorğu göndər. Düymə e-poçt proqramını hazır şablonla açır — səviyyəni və stack-i yazsan, content ona uyğun qurulur.

✉️ Yeni branch təklif et