Sparround

Claude Code: quraşdırma və ilk iş axını

Claude Code bir neçə səthdə işləyir və hamısı eyni mühərriki paylaşır — repo-dakı CLAUDE.md, konfiqurasiya və MCP serverləri hər səthdə eynidir:

  • Terminal CLI — tam funksionallıq, skript və CI üçün əsas variant.
  • IDE genişlənmələri — VS Code və JetBrains (Android Studio JetBrains platformasındadır, ona görə plugin oradan quraşdırılır; plugin CLI-ni tələb edir).
  • Desktop tətbiqi — diff-lərin vizual review-u, paralel sessiyalar.
  • Web — brauzerdən uzunmüddətli tapşırıqlar.

Android developer üçün praktiki quraşdırma: terminal CLI + Android Studio üçün JetBrains plugin.

bash
# macOS / Linux / WSL — official installer
curl -fsSL https://claude.ai/install.sh | bash

# macOS — Homebrew alternative
brew install --cask claude-code

# Windows — WinGet
winget install Anthropic.ClaudeCode

# Start it in a project
cd ~/projects/my-android-app
claude

Quraşdırma variantları. Homebrew və WinGet avtomatik yenilənmir — vaxtaşırı əl ilə yeniləmək lazımdır.

İlk sessiyada faydalı əmrlər:

  • /init — layihəni analiz edib başlanğıc CLAUDE.md yaradır. Fayl artıq varsa, təkmilləşdirmə təklif edir.
  • /context — hansı təlimat fayllarının həqiqətən yükləndiyini göstərir. "CLAUDE.md-ni oxumur" şübhəsində ilk yoxlanacaq yer budur.
  • /model — model seçimi.
  • /permissions — icazə qaydalarının idarəsi.
  • /mcp — qoşulmuş MCP serverlərinin statusu.

Qeyri-interaktiv (skript/CI) rejim üçün -p bayrağı istifadə olunur.

Android layihəsində ilk sessiyada ./gradlew build-in nə qədər çəkdiyini agentə bildirin. Böyük layihələrdə tam build dəqiqələr aparır — agentə hansı dar əmri işlətməli olduğunu göstərmək (məsələn tək modulun compile-ı) həm vaxta, həm tokenə qənaətdir.

📚 Mənbələr və sənədlər