AI iş axını haqqında suallar
"AI-dan necə istifadə edirsən?" sualı 2026-cı ildə demək olar ki, hər Android müsahibəsində verilir. Sual sadə görünür, amma müsahib əslində üç şeyi yoxlayır:
1. Real təcrübə var, yoxsa səthi? Konkret iş axını təsvir edən namizəd ilə "bəli, istifadə edirəm" deyən namizəd arasındakı fərq dərhal görünür.
2. Mühəndislik mühakiməsi var? Nəyi tapşırır, nəyi tapşırmır və niyə.
3. Məsuliyyət anlayışı var? Agentin yazdığı koda münasibət.
Ən güclü cavab strukturu: konkret iş axını → sərhədlər → yoxlama qatları → real nümunə.
| Zəif cavab | Güclü cavab |
|---|---|
| "Copilot və Claude istifadə edirəm, çox kömək edir." | "Repo-da CLAUDE.md və review skill-i var; gündəlik iş axınım belədir..." |
| "AI hər şeyi yaza bilir." | "Kriptoqrafiya və ödəniş məntiqini tapşırmıram, çünki səhv compile olur və test keçir." |
| "AI-a etibar etmirəm." | "Etibar sual deyil — sual yoxlama qatlarının harada olmasıdır." |
| "Sürətim iki dəfə artıb." | "Testi olmayan modullara test yazmağa vaxt tapdıq — əvvəl bu iş həmişə təxirə düşürdü." |
Ən çox təsir bağışlayan element — agentin təklifini rədd etdiyiniz konkret hal. Bu, həm texniki mühakimə, həm də alətə kor-koranə güvənməmək göstəricisidir. Bir belə hekayə hazırlayın: nə təklif olunmuşdu, niyə rədd etdiniz, əvəzinə nə etdiniz.
📚 Mənbələr və sənədlər
- Claude Code — best practicesrəsmicode.claude.com
- Ümumi iş axınlarırəsmicode.claude.com