Sparround

Prompting və kontekst vermək

Agentlə işləmək prompt "sehr sözləri" tapmaq deyil. Praktikada nəticəni müəyyən edən dörd şey var:

1. Tapşırığın dəqiqliyi — nə istədiyinizi və nəyin "hazır" sayıldığını göstərmək.

2. Kontekst — hansı fayllara baxsın, hansı pattern-i təkrarlasın.

3. Məhdudiyyətlər — nəyə toxunmasın, hansı kitabxananı işlətməsin.

4. Yoxlama yolu — nəticəni necə təsdiqləsin (build, test, lint).

Dördüncü bənd ən çox unudulanıdır və ən çox fayda verənidir: agentə "./gradlew :app:testDebugUnitTest işlət və yaşıl olana qədər düzəlt" desəniz, öz səhvini özü tapır.

Anti-patternNəyə görə problemƏvəzinə
"Kodu yaxşılaşdır""Yaxşı" ölçülə bilmir — agent təsadüfi dəyişikliklər edir"Bu funksiyada nested if-ləri early return ilə əvəz et"
Bütün repo-nu kontekstə atmaqSiqnal zəifləyir, xərc artır2-3 uyğun fayl göstərmək
Bir prompt-da 5 tapşırıqYarısı yarımçıq qalır, review çətinləşirBir tapşırıq → yoxla → növbəti
Səhv nəticəni əl ilə düzəltməkSəbəb qalır — növbəti dəfə təkrarlanırSəbəbi CLAUDE.md-ə və ya skill-ə yazmaq

Böyük dəyişikliklərdən əvvəl plan rejimi istifadə edin. Agent əvvəlcə planı təqdim edir, siz razılaşırsınız, sonra tətbiq başlayır. Bu, yanlış istiqamətdə 20 fayl dəyişməkdən qat-qat ucuzdur.

📚 Mənbələr və sənədlər