MCP nədir və hansı problemi həll edir
MCP (Model Context Protocol) — AI tətbiqlərini xarici sistemlərə qoşmaq üçün açıq standartdır. Rəsmi sənəddəki bənzətmə uğurludur: MCP AI tətbiqləri üçün USB-C portu kimidir — necə ki USB-C cihazların qoşulmasını standartlaşdırır, MCP də AI tətbiqlərinin data mənbələrinə və alətlərə qoşulmasını standartlaşdırır.
Həll etdiyi problem N×M problemidir. MCP-dən əvvəl: 5 AI aləti və 10 sistem (Jira, Sentry, Firebase, PostgreSQL...) varsa, 50 ayrıca inteqrasiya yazmaq lazım idi. MCP ilə: hər alət MCP client-i danışır, hər sistem bir MCP server-i təqdim edir — 5 + 10 = 15 komponent.
| MCP-siz | MCP ilə |
|---|---|
| Hər alət hər sistem üçün ayrıca inteqrasiya yazır | Hər sistem bir dəfə MCP server-i təqdim edir |
| İnteqrasiya alətə bağlıdır — alət dəyişəndə yenidən yazılır | Server hər MCP client ilə işləyir |
| Daxili sisteminizi qoşmaq üçün alət tərtibatçısını gözləmək | Öz server-inizi özünüz yazırsınız |
Android komandası üçün praktiki mənası:
- Xəta izləmə — agent Sentry/Crashlytics-dən konkret crash-in stack trace-ini alıb koda baxa bilir.
- Tapşırıq idarəsi — Jira/Linear tapşırığının təsvirini oxuyub ona uyğun kod yazır.
- Dizayn — Figma-dan komponentin ölçü və rənglərini alıb Compose koduna çevirir.
- Daxili sistemlər — feature flag servisiniz, CI sisteminiz, daxili API sənədləşməniz.
Əsas fərqi tutmaq vacibdir: skill agentə necə işləməyi öyrədir, MCP isə ona nəyə çıxışı olduğunu verir.
MCP açıq protokoldur və yalnız Claude-a aid deyil — VS Code, Cursor və digər alətlər də onu dəstəkləyir. Bu, praktiki qərar üçün vacibdir: daxili sisteminiz üçün yazdığınız MCP server komandanın alət seçimindən asılı olmur.
📚 Mənbələr və sənədlər
- MCP nədir — rəsmi girişrəsmimodelcontextprotocol.io
- Claude Code — MCPrəsmicode.claude.com