Skill scope-u və komanda ilə paylaşma
Skill-in harada saxlanması onu kimin işlədə biləcəyini müəyyən edir:
| Yer | Yol | Kim işlədə bilər |
|---|---|---|
| Təşkilat | Managed settings ilə paylanır | Təşkilatın bütün istifadəçiləri |
| Şəxsi | `~/.claude/skills/<ad>/SKILL.md` | Yalnız siz, bütün layihələrdə |
| Layihə | `.claude/skills/<ad>/SKILL.md` | Repo-nu klonlayan hər kəs |
| Plugin | `<plugin>/skills/<ad>/SKILL.md` | Plugin quraşdırılmış hər yerdə |
Eyni ada malik skill-lər toqquşanda prioritet belədir: təşkilat → şəxsi → layihə. Yəni sizin ~/.claude/skills/deploy/ skill-iniz layihənin deploy skill-ini üstələyir.
Plugin skill-ləri isə ad fəzasında olur (plugin-adı:skill-adı), ona görə heç vaxt toqquşmur.
Bundan başqa, monorepo üçün faydalı bir mexanizm var: alt-qovluqlardakı .claude/skills/ qovluqları agent həmin qovluqdakı fayllarla işləməyə başlayanda yüklənir. Yəni feature/orders/.claude/skills/ altındakı skill yalnız o modulda işləyəndə görünür.
Komanda üçün ən vacib qərar: skill layihə səviyyəsində olmalıdır. Şəxsi skill sizin maşınınızda qalır — komanda yoldaşınız eyni tapşırığı fərqli nəticə ilə edir. Layihə skill-i isə repo ilə gəlir, PR-da review olunur və hamı üçün eyni prosesi qurur.
Bir nüans daha: .claude/commands/ altındakı köhnə "custom command" faylları da hələ işləyir və eyni /ad əmrini yaradır. Fərq: skill qovluq olduğu üçün köməkçi fayllar saxlaya bilir və avtomatik çağırıla bilir. Yeni iş üçün skill formatı tövsiyə olunur.
📚 Mənbələr və sənədlər
- Skill-lərin yerləri və prioritetrəsmicode.claude.com
- Plugin-lərrəsmicode.claude.com
Skill-ləri, hook-ları və MCP serverlərini bir paketdə paylamaq üçün.