Android əsasları və komponentlər
Hər müsahibənin təməl blokları: 4 komponent, Activity/Fragment lifecycle, Context, task-lar və thread modeli.
⬜⬜⬜⬜⬜
1. 4 əsas komponent və Intent-lər
androidtheory
2. Activity lifecycle və configuration change
androidtheory
3. Fragment lifecycle və idarəetməsi
androidtheory
4. Context, Task, Back Stack və launch mode-lar
androidtheory
5. Main thread, ANR, proses və thread-lər
androidperformance
🎯 Mərhələ tapşırığı
Mərhələ layihəsi — "Lifecycle laboratoriyası" (2-3 saat).
Bir Activity + iki Fragment-dən ibarət kiçik tətbiq qur və bütün lifecycle callback-lərini logla:
- 6 ssenari keç: açılış, home, qayıdış, rotation, fragment keçidi + geri, "Don't keep activities" ilə prosesin ölümü.
- Hər ssenari üçün gözlədiyin callback ardıcıllığını əvvəlcədən yaz, sonra logcat ilə tutuşdur — fərqləri qeyd et.
- Bir
EditText-in mətnini üç yolla saxlamağa çalış: sadə sahə, ViewModel,SavedStateHandle. Hansının hansı ssenaridə sağ qaldığını cədvələ yaz. - Bonus: main thread-i bloklayıb ANR-ı gör, sonra StrictMode ilə pozuntunu tut.
Bitdi sayılır: 3 sətirlik cədvəl (sahə / ViewModel / SavedStateHandle × rotation / prosesin ölümü) doldurulubsa — bu, müsahibənin ən çox verilən sualının hazır cavabıdır.