Metadata: hansı mətn hara yazılır
Metadata — store səhifəsindəki bütün mətnlərdir. Hər sahənin öz vəzifəsi var və onları qarışdırmaq ən çox rast gəlinən səhvdir. Bir sahədə işləyən yanaşma başqa sahədə zərərlidir.
Ən vacib qayda: eyni mətni iki store-a kopyalama. Apple və Google fərqli mexanizmlərlə işlədiyi üçün eyni mətn birində səmərəli, digərində isə həm səmərəsiz, həm də riskli ola bilər.
| Sahə | Limit (rəsmi sənəddən) | Vəzifəsi |
|---|---|---|
| iOS — App name | Ən azı 2, ən çox 30 simvol | Brend + bir açar söz. Apple: sadə, yadda qalan, ümumi terminlərdən uzaq |
| iOS — Subtitle | Ən çox 30 simvol | Dəyəri izah edir. Apple: "dünyanın ən yaxşısı" kimi ümumi ifadələrdən qaç |
| iOS — Keywords | Ən çox 100 simvol, vergüllə, boşluqsuz | Yalnız axtarış üçün. İstifadəçi görmür |
| iOS — Promotional text | Ən çox 170 simvol | Xəbər/kampaniya. Yeni versiya göndərmədən dəyişir. Sıralamaya təsir etmir |
| iOS — Description | Uzun mətn | İnsan üçün yazılır. Apple: axtarış üçün keyword doldurma |
| Play — Short description | Ən çox 80 simvol | İstifadəçinin gördüyü ilk mətn — əsas dəyəri bir cümlədə deyir |
| Play — Full description | Uzun mətn | Həm insan, həm kəşf üçün. Google: SEO praktikalarından istifadə et, amma spam etmə |
İki tələ.
Birinci tələ — Apple-ın description-ına keyword doldurmaq. Apple açıq yazır ki, axtarış nəticəsini yaxşılaşdırmaq üçün təsvirə lazımsız keyword əlavə etmək lazım deyil. Yəni bu, faydasız işdir və mətni insan üçün pisləşdirir. Apple həmçinin qeyd edir ki, təsvirin ilk cümləsi ən vacibdir — istifadəçi "daha çox" düyməsinə basmadan yalnız onu görür.
İkinci tələ — Play-in description-ında keyword spam. Google təsvirdə SEO-nu tövsiyə edir, amma eyni cümlədə spam və IP pozuntusu siyasətinə istinad edir. Sərhəd budur: təbii oxunan mətn — olar; eyni sözün 15 dəfə təkrarlanması — siyasət pozuntusudur və app-in dayandırılmasına səbəb ola bilər.
Praktik yanaşma: Play üçün təsviri normal insan mətni kimi yaz, sonra əsas 5-6 keyword-ün orada təbii şəkildə işləndiyinə əmin ol. İşlənməyibsə, cümləni yenidən qur — söz siyahısı əlavə etmə.
Promotional text (iOS, 170 simvol) az istifadə olunan, amma faydalı alətdir: yeni versiya göndərmədən istənilən vaxt dəyişir. İmtahan mövsümü, endirim, yeni funksiya — hamısı buraya yazılır. Amma yadda saxla: Apple bunun sıralamaya təsir etmədiyini bildirir, ona görə oraya keyword yığmaq mənasızdır.
Praktika. Öz app-in üçün hər iki store-un metadata-sını ayrı-ayrı yaz — kopyalamadan. Simvolları say. Hazırdır sayılır: iOS name ≤30, subtitle ≤30, keywords ≤100; Play short description ≤80. Hər bir mətni bir dostuna göstər və soruş: "Bu app nə edir?"
📚 Mənbələr və sənədlər
- App Store məhsul səhifəsirəsmideveloper.apple.com
Ad 30, subtitle 30, promotional text 170 simvol — limitlər və hər sahənin vəzifəsi.
- App məlumatı — App Store Connectrəsmideveloper.apple.com
Ad və subtitle limitlərinin rəsmi mənbəyi.
- Store aktivləri əlavə etməkrəsmisupport.google.com
Play tərəfində short description-ın 80 simvol limiti burada yazılıb.
- Google Play axtarışında görünməkrəsmisupport.google.com
Təsvirdə SEO tövsiyəsi və spam siyasətinə xəbərdarlıq.