Sparround

Reytinq, rəylər və lokalizasiya

Reytinq ASO-nun ən çox qiymətləndirilməyən hissəsidir, çünki o eyni anda iki yerdə işləyir: sıralamada və conversion-da.

Apple bildirir ki, reytinq və rəylər həm məhsul səhifəsində, həm axtarış nəticələrində görünür və app-in App Store axtarışında necə sıralandığına təsir edə bilər. Google da eyni istiqamətdə yazır: app-lər reytinq, rəy, yükləmə və digər amillərin birləşməsi ilə sıralanır.

Yəni 3.4 reytinqli app 4.6 reytinqli app-lə eyni keyword-lərdə yarışa bilmir — nə görünmədə, nə də düymə basılmasında.

Apple həmçinin qeyd edir ki, xülasə reytinqi hər ərazi (territory) üçün ayrıdır və yeni versiya buraxanda onu sıfırlamaq mümkündür — amma bunu ehtiyatla etməyi tövsiyə edir, çünki az sayda reytinq də insanı çəkindirir. Reytinqi sıfırlamaq yazılmış rəyləri silmir.

Reytinqi necə qaldırmaq olar — qanuni yolla.

Apple-ın sənədində konkret mexanizm göstərilir: SKStoreReviewController API-si standart reytinq pəncərəsini göstərir və 365 gün ərzində ən çox üç dəfə çağırıla bilər. Apple tövsiyəsi budur: soruşmağı istifadəçinin razı qaldığı ana yerləşdir — bir işi, mərhələni və ya tapşırığı tamamlayandan sonra — və onun işini yarımçıq kəsmə.

Bu iki cümlədə bütün strategiya var:

  • Yanlış an: app ilk dəfə açılanda soruşmaq. Adam hələ heç nə almayıb, ona görə ya bağlayır, ya da aşağı bal verir
  • Düzgün an: ilk konspekt hazır olandan sonra, ilk uğurlu nəticədən dərhal sonra

Üç şansın var — onları ilk gündə xərcləmə.

Rəylərə cavab vermək ayrıca alətdir. Apple bunu "insanlarla əlaqə qurmaq" kimi təsvir edir; Google isə istifadəçilərə cavab verməyi və problemləri həll etməyi görünmə tövsiyələri siyahısında sadalayır. Praktik nəticə: 1-2 ulduzlu rəylərin hamısına cavab yaz. Cavab yalnız o adam üçün deyil — səhifəni oxuyan növbəti 100 nəfər üçündür.

Lokalizasiya — ən ucuz görünmə artımı.

Apple məhsul səhifəsini App Store-un dəstəklədiyi dillərə lokallaşdırmağı tövsiyə edir və qeyd edir ki, bu, fərqli regionlardakı insanların app-i daha asan başa düşməsinə imkan verir. Google isə daha konkret bir şey deyir: Play tərəfində avtomatik maşın tərcüməsi verilir, amma təsvir üçün peşəkar tərcümə istifadə etmək daha yaxşı axtarış nəticəsi və kəşf gətirə bilər.

Burada iki ayrı fayda var, onları qarışdırmamaq lazımdır:

  • Conversion faydası — adam öz dilində oxuyanda daha çox yükləyir
  • Görünmə faydası — hər yeni dil sənə yeni keyword sahəsi açır. Azərbaycan dilində "mühazirə" sözündə sıralanmaq ingiliscə "lecture" sözündə sıralanmaqla eyni şey deyil, və rəqabət tamamilə fərqlidir

Kiçik app üçün ikinci fayda daha böyükdür. İngilis dilində qlobal rəqabətdə görünmək çətindir; Azərbaycan, türk və ya rus dilində eyni mövzuda rəqabət çox vaxt boşdur.

Reytinq üçün pul ödəmək, dostlardan toplu 5 ulduz istəmək və ya bot istifadə etmək hər iki store-un siyasətini pozur və app-in dayandırılması ilə nəticələnə bilər. Bundan başqa praktik zərəri də var: saxta reytinq gələn adamın gözləntisini qaldırır, məhsul isə onu qarşılamır — nəticədə real rəylər daha da pis olur.

Praktika. İki iş gör: (1) app-də reytinq soruşulan anı müəyyən et — bu, istifadəçinin ilk uğurlu nəticə aldığı an olmalıdır, app açılan an yox; (2) rəqib app-in bütün 1-2 ulduzlu rəylərini oxu və onlara verilən cavabları qiymətləndir. Hazırdır sayılır: öz app-in üçün 3 tipik şikayətə hazır cavab şablonun var.

📚 Mənbələr və sənədlər