Branch-lər və merge
Branch — tarixçənin paralel xətti; əsas kod (main) toxunulmaz qalır, iş ayrıca aparılır.
git switch -c qa/login-tests— yeni branch yarat və keçgit switch main— branch-lər arasında keçidgit merge qa/login-tests— branch-i hazırkı branch-ə birləşdir
Merge conflict iki branch eyni sətirləri fərqli dəyişəndə yaranır. Git faylda konflikt markerləri qoyur (<<<<<<<, =======, >>>>>>>); düzgün varianti seçib/birləşdirib git add + commit edirsən.
Tipik komanda axını: main-dən branch aç → işlə → push → Pull Request → review → merge.
Konfliktdən qorxma — o, xəta deyil, normal iş hadisəsidir. Qaydalar: branch-ini main-dən tez-tez yenilə (git pull origin main və merge/rebase), konflikt həllində əmin olmadığın kodu yazan həmkarınla birlikdə bax, həll etdikdən sonra testləri işlət.
📚 Mənbələr və sənədlər
- Pro Git: branch və merge əsaslarırəsmigit-scm.com
- git-mergerəsmigit-scm.com