Credential-lar və autentifikasiya
Credential — xarici servisə qoşulmaq üçün lazım olan autentifikasiya məlumatının n8n-də saxlanan formasıdır: API açarı, istifadəçi adı və parol, OAuth token və ya uzun bir özəl açar.
Əsas prinsip: credential node-un içində yox, ayrıca saxlanır. Bir dəfə yaradırsan, sonra istənilən sayda node və workflow ona istinad edir. Açar dəyişəndə bir yerdə yeniləyirsən.
n8n credential-ları verilənlər bazasına şifrələnmiş şəkildə yazır. Şifrələmə üçün ilk işə salınanda təsadüfi açar generasiya olunur və konfiqurasiya faylında saxlanılır. Əlavə qoruma qatı kimi credential məlumatına yalnız müvafiq icazəsi olan node tipləri müraciət edə bilir.
| Autentifikasiya tipi | Necə işləyir | Nə vaxt rast gəlinir |
|---|---|---|
| API Key | Sabit açar header və ya query parametri kimi göndərilir | Sadə servislər, daxili API-lər |
| Bearer Token | `Authorization: Bearer <token>` header-i | Müasir REST API-lərin böyük hissəsi |
| Basic Auth | İstifadəçi adı və parol base64 ilə kodlaşdırılır | Köhnə sistemlər, daxili servislər |
| OAuth2 | Servisin öz səhifəsində icazə verirsən, n8n token alır və özü yeniləyir | Google, Slack, Microsoft, GitHub |
| Header Auth | İstədiyin adda header və dəyər — qeyri-standart API-lər üçün | Xüsusi/daxili inteqrasiyalar |
Şifrələmə açarı credential-lardan daha vacibdir. Self-hosted n8n-i köçürəndə və ya bərpa edəndə yalnız verilənlər bazasını götürsən, credential-lar açılmayacaq — açar olmadan onlar oxunmaz mətndir. Backup planında baza və açar birlikdə olmalıdır.
Praktik qaydalar:
- Credential-a aydın ad ver:
Google Sheets — Marketing (prod)—Google Sheets account 3deyil - Mümkün olan hər yerdə minimum icazə ver: yalnız oxumaq lazımdırsa yazma icazəsi istəmə
- Test və produksiya üçün mümkünsə ayrı credential saxla
- Açarı heç vaxt node parametrinə düz mətnlə yazma — həmin dəyər workflow ixracında (export) faylın içinə düşür
📚 Mənbələr və sənədlər
- Credential yaratmaq və redaktə etməkrəsmidocs.n8n.io
- Node tipləri və credential-ların saxlanmasırəsmidocs.n8n.io
Credential-ların şifrələnərək saxlanmasının rəsmi izahı.