Sparround

Webhook node: hadisə qəbulu və API kimi cavab

Webhook node n8n-də bir HTTP endpoint açır. Xarici sistem həmin URL-ə sorğu göndərəndə workflow işə düşür və sorğunun body, header və query parametrləri datanın içinə gəlir.

İki əsas istifadə var:

  • Hadisə qəbulu — öz trigger node-u olmayan sistem sənə xəbər verir (ödəniş sistemi, CRM, öz məhsulun)
  • n8n-i API kimi işlətmək — sorğu gəlir, workflow onu emal edir və cavab qaytarır

Webhook node standart HTTP metodlarını dəstəkləyir: GET, POST, PUT, PATCH, DELETE, HEAD.

ParametrNə edirPraktik qeyd
Test URL / Production URLİki ayrı ünvan: biri qurarkən, biri yayımlanandan sonraTest URL yalnız "Listen for test event" aktiv olanda cavab verir
HTTP MethodHansı metodu qəbul edəcəyiGöndərən sistemin nə göndərdiyini yoxla — uyuşmazlıq 404 verir
PathURL-in son hissəsi; standart olaraq təsadüfi generasiya olunur`/:variable` şəklində marşrut parametrləri dəstəklənir
AuthenticationBasic auth, Header auth, JWT auth və ya heç biriAçıq internetdə duran webhook mütləq autentifikasiya tələb etməlidir
RespondDərhal / son node bitəndə / Respond to Webhook node ilə / axın (streaming)Uzun emal varsa "dərhal" seç — göndərən sistem timeout-a düşməsin
Response CodeQaytarılan HTTP status koduQəbul edildi, amma hələ emal olunmayıb → `202`

Ən çox yayılan səhv: xarici sistemə test URL-i vermək. Test URL yalnız sən kanvasda "Listen for test event" düyməsini basanda dinləyir — yayımlanmış workflow onu qəbul etmir. Produksiyada həmişə Production URL verilir və workflow yayımlanmış olmalıdır.

Respond seçimi arxitektura qərarıdır. Göndərən sistemlərin böyük hissəsi webhook cavabını bir neçə saniyə gözləyir və gecikmə olarsa sorğunu təkrar göndərir. Emal uzunsa (AI çağırışı, bir neçə API, fayl yükləmə):

  • Respond: Immediately seç — n8n dərhal 200/202 qaytarır
  • Emalı arxada davam etdir
  • Nəticəni ayrıca kanalla xəbər ver (callback, mesaj, verilənlər bazası)

Əks halda göndərən sistem timeout-a düşür və eyni hadisəni bir neçə dəfə göndərir — nəticədə data dublikat olur.

📚 Mənbələr və sənədlər