Sparround

Network mocking və auth state

page.route() — şəbəkə sorğularını tutub idarə etmək:

  • Mock cavab: route.fulfill({ status: 500, json: {...} }) — backend-siz error state-lər
  • Dəyişdirmə: sorğunu ötür, cavabı modifikasiya et
  • Bloklama: route.abort() — məs. analytics/reklam sorğularını kəsib testi sürətləndir

İstifadə halları: 500/timeout error state-ləri, boş siyahılar, nadir data halları, üçüncü tərəf servislərin (ödəniş provayderi) simulyasiyası.

storageState — login-in bir dəfə edilməsi: setup project login edib storageState.json (cookies + localStorage) saxlayır; bütün testlər həmin state ilə başlayır. Nəticə: hər testdə 5-10 saniyə qənaət + login səhifəsinə tək nöqtəli asılılıq.

Mock-un qızıl qaydası: yoxladığın şeyi mock etmə. Ödəniş axınını test edirsənsə, ödəniş API-ni mock etmək testi mənasız edir; amma ödənişdən asılı olmayan bir səhifədə ödəniş provayderinin yavaşlığını mock etmək düzgündür. Mock — asılılıqları izolyasiya üçündür, yoxlanan davranışı əvəz etmək üçün yox.

📚 Mənbələr və sənədlər