Avtomatlaşdırma strategiyası və test piramidası
Test piramidası — test paylanmasının klassik modeli:
- Unit (bünövrə, ən çox): sürətli, ucuz, dəqiq lokalizasiya — developer yazır
- Integration/API (orta): servis müqavilələri, biznes məntiqi UI-sız
- E2E UI (zirvə, ən az): kritik user axınları — yavaş, bahalı, flaky-yə meyilli
Anti-pattern: ice cream cone (tərs piramida) — hər şey UI səviyyəsində, suite saatlarla işləyir və daim sınır.
Qayda: yoxlamanı mümkün olan ƏN AŞAĞI səviyyədə et. Endirim hesablanması üçün UI testi yox, API/unit testi yaz; UI testi yalnız "endirim səhifədə görünür" hissəsini yoxlasın.
Nəyi avtomatlaşdırmalı (ROI meyarları):
- Tez-tez icra olunan: regression, smoke, hər PR-da işləyənlər
- Stabil funksionallıq (spesifikasiya oturuşub)
- Kritik biznes axınları (ödəniş, qeydiyyat)
- Çox kombinasiyalı (data-driven: 50 valyuta cütü)
- İnsan üçün yorucu/səhvə açıq olanlar
Nəyi avtomatlaşdırmamalı:
- Birdəfəlik yoxlamalar
- Sürətlə dəyişən UI (hər sprint yenidən yazılacaq)
- Vizual/UX qiymətləndirmə (gözəllik, rahatlıq)
- Exploratory testing — bu, insan işidir
Middle interview-nun sevimli sualı: "Avtomatlaşdırmanın ROI-sini necə əsaslandırırsan?" Sadə düstur bil: qazanc = (manual icra vaxtı × icra tezliyi × dövr) − (yazma vaxtı + saxlanma vaxtı). Saxlanma xərcini unutmaq ən çox buraxılan səhvdir.