Framework dizayn və strategiya sualları
Middle səviyyənin əsas fərqləndiricisi — "test yaza bilir"dən "sistem qura bilir"ə keçid. Tipik dizayn sualları:
- "Sıfırdan framework qur — necə?"
- "1000 testlik suite-i necə idarə edərsən?"
- "Avtomatlaşdırmanın uğurunu necə ölçürsən?"
- "Manual komandaya avtomatlaşdırmanı necə gətirərsən?"
Universal cavab çərçivəsi:
- Kontekst sualları (mütləq başla!): məhsul, komanda, mövcud vəziyyət, ağrı nöqtələri
- Prinsiplər: piramida, ən aşağı səviyyədə yoxlama, CI-first, sadəlikdən mürəkkəbliyə
- Konkret plan: mərhələli (smoke → regression → genişlənmə)
- Ölçmə: hansı metrikalarla uğur təsdiqlənəcək
- Risklər: nəyin səhv gedə biləcəyini özün de
Metrika sualında "coverage %"-dən ehtiyatlı ol — kod coverage avtotestlərin dəyərini ölçmür. Daha yaxşı metrikalar: escaped defects (production-a keçən bug-lar), regression icra müddəti (manual vs auto), flaky rate, suite-in tapdığı real bug sayı, PR feedback vaxtı.