Sparround

Proses və ssenari sualları

Middle səviyyədən başlayaraq interviewlər ssenari suallarına keçir: "Belə vəziyyətdə nə edərsən?" Ən çox yoxlanan mövzular:

  • Prioritetləşdirmə: vaxt azdır / hər şeyi test etmək olmur
  • Kommunikasiya: developer bug-la razılaşmır, PO release-i tələsdirir
  • Qeyri-müəyyənlik: requirement yoxdur / ziddiyyətlidir
  • Məsuliyyət: production-a bug buraxmısan

Qızıl qaydalar: konkret ol ("asılıdır" ilə bitirmə — meyar söylə), prosesə istinad et, komanda əməkdaşlığını vurğula, məsuliyyəti başqasına atma.

"Production-a bug buraxmısan" sualında ən pis cavab müdafiə mövqeyidir. Güclü cavab: faktı qəbul et → təsiri qiymətləndir və eskalasiya et → hotfix-i yoxla → retrospektiv: bu bug-ı gələcəkdə hansı proses dəyişikliyi tutardı (məs. regression suite-ə yeni case).