AI Agent və alətlər
AI Agent node-una bir Chat Model və ən azı bir alət qoşulmalıdır. Agent sorğunu alıb hansı aləti çağıracağına özü qərar verir, nəticəni qiymətləndirir və lazım olsa yenidən çağırır. Ona görə bir icrada agent bir neçə dəfə işləyir.
n8n hazır alət node-ları verir (məsələn Wikipedia, SerpAPI) və MCP server registri ilə qoşulma imkanı. Amma ən güclü üç alət bunlardır:
- Call n8n Workflow Tool — istənilən n8n workflow-unu alət kimi verir. Öz biznes məntiqini agentə vermək üçün yeganə düzgün yol budur.
- HTTP Request Tool — agentə istənilən API-yə və ya sayta çıxış verir
- Custom Code Tool — agentin işlədə biləcəyi kod
Bunlardan başqa MCP Client node-u xarici MCP serverlərinə qoşulmağa, MCP Server Trigger isə n8n-in özünü MCP serveri kimi təqdim etməyə imkan verir.
Agent aləti necə seçir? Alətin təsvirinə görə. Bu, ən çox nəzərdən qaçan detaldır: alət təsviri agent üçün sənədləşmədir. "Data gətirir" kimi bir təsvir agentə heç nə demir; "Müştərinin e-poçt ünvanına görə son 10 sifarişini qaytarır" isə dəqiq siqnal verir.
Parametrləri modelin doldurması. Alətin parametrlərini əvvəlcədən doldurmaq əvəzinə modelə həvalə etmək olar. n8n bunun üçün $fromAI() funksiyasını verir:
key(məcburi) — arqumentin adı; 1-64 simvol, yalnız hərflər, rəqəmlər, alt xətt və defisdescription— modelə əlavə konteksttype—string,number,booleanvə yajson(standartstring)defaultValue— standart dəyər
Vacib nüans: key mövcud bir dəyərə istinad deyil — o, modelə "bura nə qoymalı olduğun" barədə işarədir. Model həmin məlumatı kontekstdən, digər alətlərdən və ya giriş datasından tapır; söhbət workflow-larında isə lazım gələrsə istifadəçidən soruşa bilər.
$fromAI() yalnız AI Agent node-una qoşulmuş alətlərdə işləyir; Code alətində və digər alət olmayan sub-node-larda mövcud deyil.
| Alət | Nə üçün | Praktik qeyd |
|---|---|---|
| Call n8n Workflow Tool | Öz biznes məntiqini agentə vermək | Ən güclü alət — sub-workflow olaraq qurulur və giriş sahələri təyin edilir |
| HTTP Request Tool | İstənilən API və ya sayt | Alət kimi işləyəndə cavabı optimallaşdırmaq imkanı var — modelə daha az data gedir |
| Custom Code Tool | Hesablama, çevirmə | `$fromAI()` bu alətdə işləmir |
| Vector Store (alət kimi) | Öz sənədlərində semantik axtarış | Təsvir vacibdir — agent nə vaxt müraciət edəcəyini oradan bilir |
| MCP Client | Xarici MCP serverlərinin alətləri | Registrdən OAuth2 ilə bir kliklə qoşulma imkanı var |
Agentə çox alət vermək onu pisləşdirir. Hər əlavə alət seçim məkanını genişləndirir və modelin səhv alət seçmə ehtimalını artırır. Praktik qayda: agentin real olaraq ehtiyac duyduğu alətləri saxla, hər birinin təsvirini konkret yaz. On alətli agent adətən üç alətli agentdən pis işləyir.
📚 Mənbələr və sənədlər
- Alətlər necə işləyirrəsmidocs.n8n.io
- AI ilə parametrlərin doldurulması — `$fromAI()`rəsmidocs.n8n.io
Funksiyanın bütün parametrlərinin və məhdudiyyətlərinin rəsmi mənbəyi.
- Alət üçün insan təsdiqirəsmidocs.n8n.io
Agent konkret aləti işlətməzdən əvvəl insan təsdiqi tələb etmək.
- MCP serverlərirəsmidocs.n8n.io