Sparround

Usability və accessibility testing

Usability — istifadəçi məqsədinə nə qədər asan, sürətli və səhvsiz çatır. Accessibility (a11y) — məhsuldan hər kəs, o cümlədən görmə, eşitmə, hərəkət və ya idrak məhdudiyyəti olan insanlar istifadə edə bilirmi.

Bu ikisi qohumdur, amma eyni deyil: rahat, gözəl interfeys klaviatura ilə idarə olunmursa, usability yaxşı, accessibility isə pisdir.

Sığorta və bank sahəsində accessibility xüsusilə vacibdir: müştəri bazasına yaşlı insanlar daxildir, bəzi xidmətlər isə tənzimləyici tələblərə görə hamı üçün əlçatan olmalıdır.

Nielsen heuristikası (seçilmiş)Manual QA nəyi yoxlayır
Sistem vəziyyətinin görünməsiÖdəniş gedərkən loading indikatoru varmı? Uzun əməliyyat üçün progress göstərilirmi?
Sistem və real dünya uyğunluğuMətnlərdə texniki jarqon var? "Error 4012" yerinə insan dilində izah?
İstifadəçi nəzarəti və çıxış yoluSəhv addımdan geri qayıtmaq olur? "Ləğv et" düyməsi var? Back düyməsi datanı itirmir?
Səhvlərin qarşısının alınmasıTəhlükəli əməliyyat üçün təsdiq soruşulur? Sahə formatı əvvəlcədən göstərilir?
Səhvlərin tanınması və bərpasıError mesajı problemi VƏ həll yolunu deyirmi? Yoxsa yalnız "Xəta baş verdi"?
Ardıcıllıq və standartlarEyni əməliyyat hər ekranda eyni adlanır? Düymələr eyni yerdədir?

WCAG (Web Content Accessibility Guidelines) accessibility-nin beynəlxalq standartıdır. Dörd prinsipi POUR kimi yadda saxlanılır:

  • Perceivable — məzmun qavranıla bilən olmalıdır (şəkillərdə alt mətn, videoda subtitr, kifayət qədər rəng kontrastı)
  • Operable — idarə oluna bilən olmalıdır (klaviatura ilə tam naviqasiya, kifayət qədər vaxt, blinking məzmun yoxdur)
  • Understandable — anlaşılan olmalıdır (aydın dil, proqnozlaşdırıla bilən davranış, aydın error mesajları)
  • Robust — müxtəlif texnologiyalarla, o cümlədən screen reader-lərlə işləməlidir

Uyğunluq səviyyələri: A (minimum), AA (əksər tənzimləyici tələblərin hədəfi), AAA (ən yüksək). Praktikada hədəf demək olar ki, həmişə AA-dır.

Ən çox rast gəlinən konkret AA tələbləri: adi mətn üçün rəng kontrastı ən azı 4.5:1, böyük mətn üçün 3:1; bütün funksionallıq klaviatura ilə əlçatan; focus göstəricisi görünən; forma sahələrində label var.

Manual QA-dan accessibility auditi gözlənilmir — amma əsas yoxlamaları bilmək interviewdə nadir və qiymətli üstünlükdür. Ən sadə üç yoxlama, hansı ki heç bir alət tələb etmir: (1) siçanı kənara qoy və formu yalnız Tab + Enter ilə doldurmağa çalış; (2) browser zoom-u 200% et və mətnin kəsilib-kəsilmədiyinə bax; (3) error mesajının yalnız qırmızı rənglə göstərilmədiyini yoxla — rəng korluğu olan istifadəçi üçün mətn və ya ikon da lazımdır.

📚 Mənbələr və sənədlər